Millət vəkili Məlahət İbrahimqızı: \"Azərbaycan artıq dünya siyasətində xüsusi yer tutub” - AÇIQLAMA

Millət vəkili Məlahət İbrahimqızı: \"Azərbaycan artıq dünya siyasətində xüsusi yer tutub” - AÇIQLAMA

Azərbaycan bu gün iqtisadi, enerji sahələrində və regional təsir baxımından dinamik inkişaf edən bir ölkədir. Bunu Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı Azərbaycanın fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində keçiriləcək G20-nin xarici işlər nazirlərinin sammitində təmsil olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 83 faizi Azərbaycanın payına düşür ki, bu da çox yüksək göstəricidir: "Ölkəmiz beynəlxalq təşkilatlarla çox fəal əməkdaşlıq edir, istər ikitərəfli, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq proseslərdə aktiv rol oynayır. Azərbaycan qarşısında qlobal məqsədlər qoyur və onlara çatır. Buna parlaq nümünə kimi ölkəmizin 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini, "Eurovision"da qələbəsini göstərmək olar".

Millət vəkili deyir ki, Azərbaycanın qarşıdakı G-20 sammiti kimi nüfuzlu forumda iştirakı ölkənin hazırda tutduğu həmin hücum mövqeyinin parlaq nümunəsidir: "Azərbaycanın G-20 sammitində iştirakı, heç şübhəsiz ki, ölkənin son illər həyata keçirdiyi xarici siyasət kursunun - balanslaşdırılmış və tarazlaşdırılmış siyasətin nəticəsidir. Toplantıya dəvət zamanı müəyyən parametrlər nəzərə alınır: ölkənin inkişaf dinamikası, onun regional rolu, beynəlxalq proseslərdə və beynəlxalq humanitar missiyalarda fəal iştirakı. Bir sözlə, Azərbaycan artıq dünya siyasətində xüsusi yer tutub".

Bütün xəbərlər Facebook səhifəmizdə