İqtisadçı ekspert: “Turizmin inkişafı təkcə pul demək deyil”-AÇIQLAMA
Açıqlanan son rəqəmlərə görə, ötən il Azərbaycana 2 milyon 234 min nəfər turist gəlib. Bu, 5 il əvvəllə müqayisədə 2 dəfədən də artıq artım, 2010-cu illə müqayisədə isə 6% çoxalma deməkdir. Bəs turist axınının bu cür böyüməsi ölkənin iqtisadi inkişafına necə təsir göstərir?
SİA-nın məlumatına görə, iqtisadçı ekspert, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadə deyir ki, "ölkənin turizm balansı" deyilən bir anlayış var və bu, kobud desək, ölkəyə gələn turistlərin burada xərclədiyi pullarla ölkə vətəndaşlarının gedib xaricdə sərf etdikləri vəsaitin nisbətini əks etdirir. Onun sözlərinə görə, əgər bu saldo ölkəyə gələn vəsaitin xeyrinədirsə, onda deyirlər ki, ölkə iqtisadiyyatı üçün turizm balansı aktivdir. "Turizmin yüksək təsirə malik iqtisadi kateqoriyaya çevrilməsindən ancaq o vaxt danışmaq olar ki, balansın aktivliyi ciddi şəkildə ölkənin xeyrinə olsun. Amma hətta bu olmasa belə, turizm ölkədə sahibkarlığın inkişafına təsirini göstərir. Beynəlxalq statistikaya görə, hər bir turist getdiyi ölkədə təxminən 1000 dollar ətrafında pul xərcləyir. Bunu 2 milyon nəfərə vuranda, ortaya kifayət qədər sanballı rəqəm çıxır. Və o vəsait əsasən orta biznesin inkişafına çatır",- deyə Əlibala Məhərrəmzadə bildirib.
Ekspet deyir ki, hər il Azərbaycandan xaricə gedən turistlərin sayının 500 mindən bir qədər artıq olduğunu nəzərə alsaq, ümumi balansın necə olduğu aydınlaşar. Onun sözlərinə görə, müasir dövrdə turizm təkcə əlahiddə bir sahə yox, həm də müxtəlif iqtisadi sferalar arasında bağlayıcı halqa rolunu oynayır. Ona görə də, ölkədə turizmin inkişafını təkcə onun verdiyi iqtisadi fayda baxımından qiymətləndirmək doğru yanaşma deyil: "Dünyada hər 10 işləyən insandan 1-i turzim sahəsində çalışır. Azərbacan kimi ölkələrdə bunun nə demək olduğunu təsəvvür edtmək çətin deyil. Bəzi qiymətləndirmələrə görə, dünyada turizm sahəsində hər gün 2500 yeni iş yeri yaradılır. Üstəlik, bu, çox nadir sahələrdəndir ki, yeni texnologiyaların tətbiqi işçilərin azalımasına səbəb olmur. Nəticədə, turizm həm də inkişaf etdiyi ölkələrdə sosial gərginliyi çoxalmağa qoymayan amil kimi çıxış edir. Üstəlik, burada iş yeri yaratmaq üçün başqa sahələrlə nisbətdə 20 dəfə az xərc tələb olunur. Ona görə də, Azərbaycan üşün turizmin inkişafı həm də sırf sosial baxımdan böyük önəm kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB