ARDNŞ bu il çoxlu sayda bina tikəcək

ARDNŞ bu il çoxlu sayda bina tikəcək

ARDNŞ Sosial İnkişaf İdarəsi "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Türkan qəsəbəsində 119 nömrəli orta məktəbin 300, Binə qəsəbəsində 117 nömrəli orta məktəbin 1040 yerlik yeni korpuslarının, Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin yeni yataqxana binasının tikintisi yekunlaşdırılıb.

Qurumdan SİA-ya verilən məlumata görə, 2012-ci ildə bu i.lər davam etdiriləcək. Bu il "Neftçi" İdman Sağlamlıq Mərkəzinin yeni inzibati binası, Lökbatan qəsəbəsində 240 çarpayılıq xəstəxana binası və qəzalı evlərdə yaşayan ailələrin köçürülməsi üçün 2 yaşayış binası, Binəqədi rayonunda qəzalı vəziyyətdə olan binaların yerində yeni yaşayış binası, Qobustan qəsəbəsi, Kəşfiyyatçı küçəsi, 14 ünvanında 5 mərtəbəli yaşayış binasının tikilməsi planlaşdırılır. Həmçinin Qaraçuxur qəsəbəsində 440 yerlik orta məktəb binasının, Sabunçu rayonunda Olimpiya stadionunun, Mərdəkan qəsəbəsində məcburi köçkünlər üçün yaşayış kompleksinin, Buzovna qəsəbəsində ARDNŞ-in qonaq evinin, Tovuz rayonunda müalicə diaqnostika mərkəzinin tikintisi, Səbail rayonu, Nizami küçəsində yaşayış binasının, eləcə də Şirvan şəhər stadionunun yenidən qurulması işləri də nəzərdə tutulub.




Bütün xəbərlər Facebook səhifəmizdə