Bu gün bəzi rayonlarda qaz olmayacaq

Bu gün saat 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Buna səbəb cari təmir işlərinin aparılmasıdır. SİA-ya ARDNŞ-dən verilən məlumata görə, təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına mavi yanacağın verilişində də fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə