Samir Əliyev: “Azərbaycanda mənzil istismar idarələri ləğv olunmalı və onların statusuna aydınlıq gətirilməlidir”
"Azərbaycanda mənzil istismar idarələri ləğv olunmalı və onların statusuna aydınlıq gətirilməlidir\". Bunu \"İqtisadi forum\" jurnalının baş redaktoru, Media və İctimai Təşəbbüslər Mərkəzinin sədri Samir Əliyev \"Mənzil kommunal sektorda şəffaflığın artırılması\" adlı geniş dinləmələrdə çıxışında bildirib. SİA-nın verdiyi məlumata görə, Samir Əliyev hesab edir ki, Azərbaycanda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti haqqında qanun qəbul olunmalıdır: \"Mənzil təsərrüfatlarının mülkiyyətçilərin idarəçiliyinə verilməsi dəqiqləşdirilməlidir. Həmçinin Mənzil-Kommunal İslahatlarına Dəstək Fondu yaradılmalı və mənzil sahələrinin sosial normalarının standartları işlənilməlidir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB