Ötən il Azərbaycana gələn turistlərin sayı 6 % artıb

Ötən il Azərbaycana gələn turistlərin sayı 6 % artıb

Ötən il Azərbaycana gələn turistlərin sayı 2 mln. 234 min nəfər təşkil edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, 5 il əvvəl Azərbaycana gələn turistlərin sayı 1 mln. nəfərdən aşağı olduğu halda, bu illər ərzində ölkəyə maraq artıb.


Azərbaycana gələn turistlərin sayı 2010-cu ildə 1 mln. 963 min nəfər olub. Bu isə o deməkdir ki, 2011-ci ildə ölkəyə gələn turistlərin sayı 6% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə