Mərkəzi Bankının yaradılmasına həsr edilən marka buraxılıb

Mərkəzi Bankının yaradılmasına həsr edilən marka buraxılıb

Azərbaycan Mərkəzi Bankının yaradılmasının 20 illiyinə həsr edilən marka poçt dövriyyəsinə buraxıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, "Azərmarka" şirkəti tərəfindən buraxılan 50 min nüsxə markanın dəyəri 50 qəpiyə bərabərdir. Marka üzərində bankın yubileyi münasibətilə yaradılan xüsusi loqotip təsvir olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə