Dövlət Neft Fondu qızıl külçələrin alışına başlayıb

Dövlət Neft Fondu qızıl külçələrin alışına başlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlayıb.

Fondan SİA-ya verilən məlumata görə, 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər.

Bu məqsədlə London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir.



Bütün xəbərlər Facebook səhifəmizdə