Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan 150 milyon manat kredit cəlb edib
Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankdan 5 il müddətinə 150 milyon manat məbləğində subordinasiya kreditini cəlb edib. SİA-nın banka istinadən verdiyi xəbərə görə, xüsusi subordinasiya borc öhdəliyi "Bank Kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq 1-ci dərəcəli kapitala aid edilir.
Beləliklə, Azərbaycan Beynəlxalq Bankı uzunmüddətli dövlət maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB