Ötən ay 2 milyon 777 min 776 ton Azərbaycan nefti nəql olunub

Ötən ay 2 milyon 777 min 776 ton Azərbaycan nefti nəql olunub

Yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 777 min 776 ton Azərbaycan nefti nəql olunub. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, kəmər istifadəyə veriləndən bu il fevralın 1-dək BTC-yə 178 milyon 558 min 408 ton neft vurulub.


Qeyd edək ki, yanvar ayında kəmərlə 318 min 158 ton Türkmənistan nefti nəql olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə