Fazil Məmmədov: \"Azərbaycan nağdsız ödəmə sahəsində qabaqcıl Avropa ölkələrinin səviyyəsinə çatacaq\" - MÜNASİBƏT
\"Azərbaycan Vergilər Nazirliyinin vacib məsələlərindən biri də nağdsız ödənişlərin genişləndirilməsidir. Bu 2012-ci ilin əsas prioritetlərindən biridir. Bu il büdcə gəlirlərinin artırılması və nağdsız ödənişlərin genişləndirilməsi nəzərdə tutulur\". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov bildirib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi artıq Mərkəzi Bankla bu istiqamətdə işlərə başlayıb: \"Bu il Mərkəzi Bankla və digər banklarla nağdsız ödənişlərə keçilməsi nəzərdə tutulub. Mərkəzi Bankla birlikdə nağdsız ödəmələrin genişləndirilməsi prosesini diqqətlə izləyirik və bu prosesə dəstək veririk. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbədir. Azərbaycanda bu sahənin Avropa ölkələrindəki səviyyəyə çatdırılması qarşıya məqsəd kimi qoyulub\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB