Dövlət Neft Fondunun xərcləri 10 751,304 mln. manatadək artırılıb
Azərbaycan prezidenti İlham Əlyevin fərmanı ilə Prezidentin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında" 2011-ci il 29 dekabr tarixli fərmanına dəyişikliklər edilib. SİA-nın məlumatına görə, fərmanda fondun xərcləri 10 561,304 mln. manatdan 10 751,304 mln. manatadək artırılıb.
Xərclərin artırılması "Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi" maddəsi üzrə aparılıb. Belə ki, bu xərclər 110 mln. manatdan 300 mln. manatadək artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB