Bu gün Türkiyədə güclü şaxta, yolların buz bağlaması və qar üzündən 183 daxili və xarici aviareys ləğv edilib. SİA-nın məlumatına görə, ölkənin ən iri Atatürk Beynəlxalq Hava limanında 87 aviareys, o cümlədən 41 xarici reys təxirə salınıb.
Reyslərin ləğv edilməsinin və təxirə salınmasının səbəbi son illər ərzində Türkiyədə görünməmiş soyuqlardır. Sinoptiklərin proqnozlarına görə, Türkiyənin şimal-qərbində, mərkəzində, Qara dəniz və şərq rayonlarında hələ bir neçə gün soyuq hava şəraiti davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB