Nəqliyyat Nazirliyi iritonnajlı nəqliyyat vasitələrinə qarşı reydlərə başlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbul olunmuş yükləmə həddini və qaydaları pozan sürücülərə qarşı tədbirlər görüləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 104 saylı qərarına əsasən iritonnajlı nəqliyyat vasitələrinin yüklənmə həddi 10-14 tonn arasındadır. Bu qaydanı pozan hüquqi şəxslərə məxsus olan iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər üçün 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər üçün 4 min manatdan 5 min manatadək miqdarda cərimə nəzərdə tutulub.
Fiziki şəxslər onlara məxsus olan iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin bu tələblər pozulmaqla yüklənməsinə görə 600-700 manat cərimə edilir.
Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər 5500-6000 manatadək cərimələnəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB