2013-cü ilədək ölkə ərazisinin 95 faizi “mavi yanacaq”la tam təmin olunacaq

2013-cü ilədək ölkə ərazisinin 95 faizi “mavi yanacaq”la tam təmin olunacaq

Əhalinin təbii qazla fasiləsiz təminatı, qaz infrastrukturunun yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərin qaz təchizatı sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində işlər sürətlənib. 2011-ci ildə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ilə Almaniyanın "E. ON Ruhrgas AG" şirkəti arasında Bakı şəhərində və Abşeron yarımadasında qaz təchizatı sisteminin müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması haqqında imzalanan xidmət müqaviləsinə əsasən, "E. ON Ruhrgas" şirkəti tərəfindən qaz itkisinin qarşısının alınması və minumuma endirilməsi, habelə əhalinin artımı və sənayenin davamlı inkişafi nəticəsində gələcəkdə daha da yüksələcək qaz tələbatını ödəmək üçün Bakı şəhəri və Abşeron yarımadasında mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Avropanın ən böyük enerji şirkətlərindən biri ilə belə bir əməkdaşlığın Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasının qaz nəqli infrastrukturunun inkişafına mühüm töhfə verəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə