Etilen-Polietilen zavoduna ildə 910 min ton nafta və maye qaz nəql ediləcək

Etilen-Polietilen zavoduna ildə 910 min ton nafta və maye qaz nəql ediləcək

"Azərikimya\'\' İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun xammalla etibarlı təmin edilməsi məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 nömrəli qurğusunda istehsal olunan quru qaz, maye qaz və nafta məhsullarının Sumqayıta nəql edilməsi layihəsinin ikinci mərhələsi başa çatdırıb.

SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, \'\'Neftqazelmitədqiqatlayihə\'\' İnstitutunun layihəsi əsasında birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 2011-ci ilin mart ayında yekunlaşıb. Hazırda 55 nömrəli katalitik krekinq qurğusunda istehsal olunan quru qaz Etilen-Polietilen zavoduna nəql olunur. Bu günlərdə layihənin ikinci mərhələsi üzrə maye qaz və nafta məhsullarının nəqli xətti üzrə tikinti quraşdırma işləri də uğurla başa çatdırılaraq istismara tam hazır vəziyyətə gətirilib. Bu xətlə Etilen-Polietilen zavoduna ildə 910 min ton nafta və maye qaz nəql edilməsi nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə