Son bir neçə ayda ARDNŞ-ə torpaq mübahisələri ilə bağlı 500-dək müraciət daxil olub
Son bir neçə ayda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) torpaq mübahisələri ilə bağlı 500-dək müraciət daxil olub. ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov AzərTAc-a bildirib ki, həmin müraciətlər cavablandırılıb, şirkətə məxsus ərazilərdə qanunsuz tikintinin aparılmasının qadağan olunduğu, mədən ərazilərində yerləşən sənaye təyinatlı torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə edilməli olduğu vətəndaşların diqqətinə çatdırılıb. Eyni zamanda, bu sahədə müxtəlif qaydaların təsdiq edilməsi, müvafiq tədbirlərin görülməsi nəticəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı da müəyyən qədər alınıb. Lakin buna baxmayaraq, hələ də vətəndaşların ARDNŞ-yə məxsus mədən ərazilərində qanunsuz tikinti aparması faktları ilə rastlaşırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB