Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Xəbər verilir ki, iclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında xam neftin nəqli tarifinə (ixrac istisna olmaqla) baxılıb.

İclasda Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti və neft kəmərləri sisteminə əsaslı investisiya qoyuluşlarının tələb olunduğu nəzərə alınaraq, 1 ton xam neftin nəql tarifi 6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilib.

Yeni tariflər bu il yanvarın 1-dən qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə