Sabah Mərkəzi Bank hərraca həcmi 30 milyon manat olan not çıxaracaq

Sabah Mərkəzi Bank hərraca həcmi 30 milyon manat olan not çıxaracaq

Sabah yanvar ayının 11-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən SİA-ya verilən məlumata görə, notların dövlət qeydiyyat nömrəsi 50100234S, ümumi həcmi 40 milyon manat, hərraca çıxarılan həcmi 30 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 08 fevral 2012-ci ildir.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə