Azərbaycan 27 milyon tondan çox xam neft ixrac edib

Azərbaycan 27 milyon tondan çox xam neft ixrac edib

Azərbaycan respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin dekabr ayında Novorossiysk limanından 155 min 663 ton, Supsa limanından 161 min 697 ton, Ceyhan limanından 1 milyon 645 min 23 ton xam neft ixrac edib. Dövlət neft şirkətindən SİA-ya verilən məlumata görə, ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 988 min 429 ton, Supsa limanından 2 milyon 652 min 111 ton, Ceyhan limanından isə 22 milyon 969 min 48 ton xam neft ixrac edilib. Qeyd edək ki, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə