Ötən il cəmi 500 nəfərə ipoteka krediti verilib

Ötən il cəmi 500 nəfərə ipoteka krediti verilib

2011-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 500 nəfərə 16 milyon manat məbləğində sosial ipoteka krediti verilib. SİA-nın Mərkəzi Banka istinadən verilən məlumata görə, yola saldığımız il ipoteka kreditləşməsi üçün bazar resurslarının cəlb olunması davam etdirilib.

Azərbaycan İpoteka Fondu vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla, indiyə kimi 2000 nəfərə 77 milyon manat məbləğində ipoteka krediti verilib. Bununla da hazırda ipoteka kreditlərindən (cəmi 342 milyon manat) faydalanan ailələrin sayı 8750-yə çatıb. İpoteka kreditləri üzrə portfel sağlam olub və kreditlər üzrə ödənişlərdə gecikmələr müşahidə edilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə