Dövlət Sosial Müdafiə Fondunun sədri: “Hazırda Azərbaycanda pensiyaçıların sayı azalmaqdadır”
Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində hazırda pensiyaçıların sayı azalmaqdadır. SİA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2 il bundan qabaq edilən dəyişiklərə görə, qadınların pensiya yaşı artmaqda davam edir və bu rəqəm 2011-ci yanvarın 1-dən 58 yaşa, kişilərdə isə 63 yaşa çatdırılıb. Bununla bağlı olaraq cari ilin I yarısında pensiya təyinatının çox az olduğunu deyən S.Müslümov vurğulayıb ki, ilin II yarısından bu pensiya təyinatı başlayıb: "Oktyabrın 1-ə olan məlumata görə, ölkə üzrə pensiyaçıların sayı bir qədər azalaraq 1 279 422 nəfər olub.2011-ci ilin yanvarın 1-də isə bu rəqəm 1 milyon 292 min 155 nəfər idi. Hesablamalara görə, gələn ilin yanvarın 1-nə kimi 1 milyon 278 min nəfərdən aşağı düşəcək. 2020-ci ilə qədər orta say saxlanılacaq və 1 milyon 280 min səviyyəsində olacaq. Bu da bizə imkan verəcək ki, həmin il ərzində lazımi islahatları həyata keçirək".
S.Müslümov qeyd qdib ki, il ərzində prezidentin müvafiq sərəncamları ilə baş verən artımlar, tapşırıqlar fond tərəfindən icra olunub.
"Yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sırğorta hissəsinə 5,7 faizlik artım tətbiq edilib. "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə, sorden və medallarla təltif eidlmiş şəxslərə birdəfəlik yardımın edilməsi barədə" sərəncamına əsasən təxminən 32400 nəfərdən artıq şəxsə birdəfəlik maddi yardımın çatdıırlması təmin edilib.
Hazırda sonuncu maliyyələşmələr yekunlaşdırılır. 5 milyon 70 min manat vəsait 20-dən rayona mərkəzi xəzinə hesabından vəsait köçürülüb. Bu gündən şəxslər həmin pensiya məbləğlərini əldə edəcəklər. Hazırd fond tərəfindən əhaliyə aylıq olaraq ödənilən pensiya və müavinətlərin məbləği 193 milyon manata çatıb. Bunun ilin bütün pensiya və müavinətlər üzrə olan təlabatı tam şəkildə maliyyələşdirilərək başa çatdıırlıb. DSMF il ərzində gəlirləri 2 milyard 110 manat təşkil edəcək. İlin əvvəlinə mövcud olan 8,4 miolyon manat qalıqla birlikdə təqriban 2 milyard 119 milyon manat maliyyələşmə üçün vəsait olub. Bunun da 2 milyard 117 milyon manatı maliyyələşmə üçün sərf edilib. Fondun hesabında bu ilin ərzində 1 milyon manat dəyərində artıq vəsait qalığı olacaq. Bu da proqrazların icrası üçün bütün tapşırıqların yerinə yetirildiyini bir daha təsdiq edir. Cari il ərzində görülən tədbirlər nəticəsində yaşa görə əmək pensiyası alan pensiyaaçıların orta aylıq pensiya məbləği 167 manata yaxınlaşıb, eyni zamanda bütün pensiyaalr üzrə orta aylıq pensiya məbləği 145 manatı keçərək 150 manat yaxınlaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB