Bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 14% artıb
Azərbaycana gələn turistlərin sayında artım var. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu ilin 9 ayının yekunlarına görə bu artım 14% təşkil edib.
Nazir bunun uğurlu göstərici olduğunu deyib: "Turistlərin sayının artmasına 2011-ci ilin "Turizm ili" elan olunmasının da təsiri olub. Bu ildə bu qədər artımın olması məqsədəuyğundur".
Ə.Qarayev ilin yekunlarının 2012-ci ilin fevralında açıqlanacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB