Yasamalda keyfiyyətsiz çörək istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs E.Yaqubova məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəssisədə texnoloji sənədlər, o cümlədən uyğunluq sertifikatı olmadan çovdar unundan hazırlanan çörəklərin istehsalı, hazır məhsulların sınağının aparılmadığı, istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, o cümlədən məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şəraitin olmadığı müəyyən olunub.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisədə məhsul istehsalı qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB