Sabirabad, Saatlı və İmişli rayonlarına qaz verilişi məhdudlaşdırılacaq

Sabirabad, Saatlı və İmişli rayonlarına qaz verilişi məhdudlaşdırılacaq

Sabah saat 10:00-dan etibarən "Azadkənd-İmişli" magistral qaz kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, təmir işlər aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarına, o cümlədən Şəkər zavoduna təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə