Azərbaycanda üzümçülük inkişaf etdiriləcək

Azərbaycanda üzümçülük inkişaf etdiriləcək
Azərbaycan prezidenti İlham Əliyev \"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı\"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi xəbərə görə, \"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı\" təsdiq edilib. Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görmək, İqtisadi İnkişaf Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə