Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komitəsi yaradılacaq

Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komitəsi yaradılacaq

Gələn il ərzində Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komitəsinin yaradılması planlaşdırılır. SİA-nın məlumatına görə, bunu Koreyanın Azərbaücandakı səfiri Li Ji Ha bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin mart ayında Azərbaycan və Koreya arasında əlaqələrin yaradılmasının 20-ci il dönümü qeyd olunacaq: "Bununla bağlı Koreya Azərbaycanda bir sıra tədbirlər həyata keçirəcək. Eyni zamanda gələn il Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komitəsinin yaradılması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə