2013-cü ildə istifadəyə verilməsi nəzərdə planlaşdırılan "Avtovağzal" metrostansiyası üçün yeni qatarlar sifariş verilib. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, qatarlar ayın sonuna kimi Rusiyanın Mıtışinski zavodundan alınaraq ölkəyə gətiriləcək. Bu vaqonlar "Avtovağzal" "Memar Əcəmi" stansiyaları arasında hərəkət edəcək.
Qeyd edək ki, yeni qatarlar həm keyfiyyətinə, həm də görünüşünə görə hazırda istismarda olan qatarlardan fərqlənəcək. Belə ki, onlar soyuducu sistemlə təmin olunmaqla yanaşı həm də həcminə görə daha böyük olacaq. Gələcəkdə bütün qatarların daha müasirləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB