İran Xəzər dənizində yeni qaz yatağı aşkar edib. Mehr agentliyinin verdiyi məlumata görə, İranın Milli Neft Şirkəti yeni qaz yatağının 1,4 trilyon kubmetr ehtiyata malik olduğunu açıqlayıb.


İranın neft naziri Rostam Qasemi bildirib ki, qaz yatağının aşkarlanma detalları bir qədər sonra açıqlanacaq. İran Milli Neft Şirkətinin rəsmiləri etiraf ediblər ki, ölkə ərazisində yeni yataqların aşkar edilməsi üçün geniş əməliyyatlar həyata keçirilir.


Xatırladaq ki, ötən il İran 138,5 milyard kubmetr qaz yığıb. İran təbii qaz ehtiyatına görə Rusiyadan sonra dünyada ikinci yerə sahibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə