Əmanətlərin qaytarılması ilə bağlı yaxın zamanlarda ümumi razılaşma əldə ediləcək

Əmanətlərin qaytarılması ilə bağlı yaxın zamanlarda ümumi razılaşma əldə ediləcək

"Sovet dövründən qalan əmanətlərin qaytarılması dövlət büdcəsinin müzakirəsi zamanı diqqət mərkəzində oldu, hökumət bu barədə fikirlərini söylədi. Yəqin ki, yaxın zamanlarda hökumətlə birlikdə Milli Məclisin İqtisadi Siyasət Komitəsi bu məsələlərlə məşğul olacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, bu məsələdə hər iki tərəf ümumi bir razılaşma əldə edəcək. Z.Səmədzadə vurğulayıb ki, bu razılaşma da məsələnin tez bir zamanda həll olunmasına təkan verəcək.

Bunun uzadılmasının da obyektiv səbəblərinin olduğunu deyən komitə sədri qeyd edib ki, artıq bu gün ölkənin kifayət qədər maliyyə imkanları var. Onun fikrincə, bu məsələni öyrənərkən təhlillər aparıb bir çox amillər nəzərə alınmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə