\"Qara qızıl\"ın qiyməti aşağı düşüb

\"Qara qızıl\"ın qiyməti aşağı düşüb

Dünya bazarında neftin qiyməti aşağı düşüb. Birjaların məlumatlara görə, buna Avropa Mərkəzi Bankı rəhbərinin Avrozonanın problemli ölkələrinə kredit ayırmaq üçün Beynəlxalq Valyuta Fonduna vəsait ayırmağın mümkün olmadığı barədə bəyanatı səbəb olub.

SİA-nın xəbərinə görə, Londonun IСE (InterContinental Exchange Futures) birjasında Brent markalı neft isə 1,42 dollar ucuzlaşaraq 108,11 dollara düşüb.

Yanvar ayına Nyu-Yorkun NYMEХ (New York Merchantile Exchange) birjasında Layt markalı neftin qiyməti isə 2,15 dollar enərək 98,34 dollara enib.

Bütün xəbərlər Facebook səhifəmizdə