Azərbaycan Respublikası höküməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında ticarət və iqtisadi əmək üzrə birgə komissiyanın 5-ci iclası keçirilib

Azərbaycan Respublikası höküməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında ticarət və iqtisadi əmək üzrə birgə komissiyanın 5-ci iclası keçirilib

Bakıda Azərbaycan Respublikası höküməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında ticarət və iqtisadi əmək üzrə birgə komissiyanın 5-ci iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər nazirlikləri, Mərkəzi Bank, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərsu" ASC-nin, Azərbaycanın İsveçrədəki səfirliyinin yüksək vəzifəli rəsmiləri daxildir. İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İdarə Heyətinin üzvü, səfir Erik Martinin rəhbərlik etdiyi komissiyada isə müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.İclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Avropanın inkişaf etmiş ölkələrindən olan İsveçrə ilə Azərbaycanın əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. Həmçinin Şahin Mustafayev qeyd edib ki, İsveçrə şirkətləri tərəfindən 1995-2010-cu illərdə Azərbaycanın qeyri-neft sektoruna 61 mln. dollar həcmində investisiya yatırılıb: "Bu sahədə İsveçrənin "Holcim" şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu şirkət Azərbaycan İnvestisiya Şirkəti ilə birgə Qaradağ Sement Zavodmi dəyəri 300 mln. avro olan yeni sobanın inşası layihəsini həyata keçirir. Sobanın 2012-ci ilin may ayında istismara verilməsi gözlənilir".Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də SECO ilə əməkdaşlıqdır. SECO regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 25 layihə həyata keçirib, 12 layihənin icrası isə davam etdirilir. Sonda iki ölkə arasında hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İdarə Heyətinin üzvü, səfir E.Martin imzalayıb. Protokolda sənaye və energetika, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, bank işi və maliyyə, mədəniyyət, turizm və digər sahələrdə iki ölkənin əməkdaşlığının genişləndirilməsi niyyəti ifadə olunub.


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə