Nazir: \"İndiyədək ölkədə 95 minə yaxın yeni iş yeri açılıb\"

Son 7 il ərzində minimum əmək haqqı 9,4 dəfə, pensiyanın baza hissəsi isə 4,3 dəfə artırılıb. SİA-nın xəbərinə görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Ş.Mustafayev son 20 ildə bir çox sahələrdə aparılan islahatlardan və nəticədə ölkə iqtisadiyyatında baş verən inkişafdan da söz açıb. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyəti dövründə 11 min investisiya layihəsinin icrasına ümumilikdə 700 mln. manat həcmində güzəştli kredit verilib, nəticədə 95 minə yaxın yeni iş yeri açılıb.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün fond tərəfindən məcburi köçkün sahibkarlar tərəfindən təqdim olunan 660 investisiya layihəsinin icrasına 9,6 mln. manat güzəştli kredit ayrıldığını deyən nazir vurğulayıb ki, bunun da nəticəsində 1 541 yeni iş yeri açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə