Bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması yüksəldilib

Bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması yüksəldilib
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib.


Milli Bankdan SİA-ya verilən məlumata görə, bu addım Mərkəzi Bankın pul siyasətinin istiqamətlərinə uyğun olaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətin davam etdirilməsi çərçivəsində həyata keçirilib.


Məlumatda deyilir ki, qlobal iqtisadi mühitin qeyri-müəyyənliyi şəraitində milli iqtisadiyyat öz inkişafını davam etdirir və onun xarici mövqeyi əlverişlidir. Bank sektoru yüksək maliyyə dayanıqlığı nümayiş etdirir və kifayət qədər likvidliyə malikdir. Valyuta ehtiyatlarının davamlı artması və bank sisteminin yüksək likvidliyi şəraitində pul kütləsinin həcminin makroiqtisadi və maliyyə sabitliyinə adekvat olan səviyyədə idarə olunması mühüm vəzifə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня