Gələcəkdə Azərbaycanın Türkiyə neft-kimya sənayesindəki payı artacaq

Gələcəkdə Azərbaycanın Türkiyə neft-kimya sənayesindəki payı artacaq
"Hazırda "Petkim" şirkəti Türkiyə neft-kimya sənayesində 25 faiz paya malikdir. Yaxın gələcəkdə isə bunun 40 faizə çatdırılması nəzərdə tutulub". SİA-nın verdiyi xəbərə görə, bu sözləri "Petkim" şirkətinin sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. O bildirib ki, 1997- 2010-cu illər ərzində Azərbaycan neft hasilatı 5,6 dəfə artaraq 50 milyon ton təşkil edir. Onun sözlərinə görə, 2004- 2010 illərdə isə Azərbaycanda qaz hasilatı 5, 2 dəfə artıb. Vaqiv Əliyev həmçinin qeyd edib ki, bu artım nəticəsində Azərbaycanda qaz hasilatı illik 26 milyard kubmetrə çatıb: "Petkim"in əsas təsisçilərindən olan ARDNŞ regionun enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır və artıq tam şəkildə Azərbaycanın enerjiyə olan tələbatını ödəyir. ARDNŞ-in xaricdə, o cümlədən Rumıniya, Gürcüstan və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrdən danışıb və yaxın perspektivdə bu dövlətlərin siyahısı genişlənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə