Bu gün ermənilərin paytaxt adlandırdıqları İrəvan şəhərində "hay"ların Ermənistan adlandırdıqları ölkənin iş adamları ilə bizim özümüzə qardaş bildiyimiz, çətin günlərdə yanımızda olmasından məmnunluq duyduğumuz, ermənilərin daim "genosid" deyə təhdid etdikləri Türkiyənin sahibkarları bir araya gəliblər. Əslində SİA olaraq təxminən yarım ay bundan əvvəl "Milliyət" qəzetinin bu barədə xəbər verdiyi barədə məlumat yazmışdıq. Hətta iki bir-birinə qarşı olan ölkənin biznesmenləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd iki ölkənin sahibkarları arasında əlaqələrin aktivləşdirilməsini, sərhədlərin açılmasının işgüzar dairələr tərəfindən lobbiləşdirilməsini nəzərdə tutur.
Faktı Ermənistanın "Armenia Today" agentliyi də təsdiq edib. Məlumata görə, Forum sabah da öz işini davam etdirəcək. Memorandum da məhz bu tədbir çərçivəsində imzalanıb. Sənəd iki ölkənin sahibkarları arasında əlaqələrin aktivləşdirilməsini, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasının işgüzar dairələr tərəfindən lobbiləşdirilməsini nəzərdə tutur. Ermənistan tərəfindən bu vəzifəni Sənayeçilər və Sahibkarlar İttifaqı, Türkiyə tərəfdən isə Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurası (TABDC) yerinə yetirəcək.
Qeyd edək ki, adı çəkilən təşkilatlar sözügedən məsələlərlə bağlı bir neçə ildir əməkdaşlıq edir. Onlar USAID-in "Türkiyə-Ermənistan yaxınlaşmasına kömək" proqramı çərçivəsində tərəfdaşlıq edirlər. TABDC 1997-ci ildə qurulub. Onun həmsədrləri Türkiyə tərəfdən Kaan Soyak, Ermənistan tərəfdən Arsen Qazaryandır. Kaan və Noyan Soyak qardaşları Rusiya, Avropa və ABŞ-dakı erməni diasporları ilə sıx əlaqəyə malikdirlər. bacarıqlı iş adamı kimi tanınan və əsasən daşımaçılıqla məşğul olan Soyak qardaşları TABDC-ni Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanın böyük qardaşı Telmanın tövsiyəsi ilə yaradıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB