2011-ci ilin oktyabr ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında sentyabr ayı ilə müqayisədə 0,2% artım müşahidə edilib. SİA-nın xəbərinə görə, bunun əsas səbəbi ilin sonu ilə əlaqədar ipoteka prosesində aktivləşmə ilə bağlıdır. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının nisbi artımı oktyabr ayında da davam edib. Bazarın bu seqmenti üzrə təklifin nisbi artımı qiymət dinamikasının azalmasına da təsirsiz ötüşməyib. Oktyabr ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 0,8% artıb, orta qiymət isə 0,1% azalıb. Qiymət azalmasına təklifin tələbi kəskin üstələməsi, mənzillərin reablitasiya imkanlarının və nağd satışların məhdudlaşması səbəb olub. Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 0,1% azalıb. Ekspertlər bu amili ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda təkrar bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələndirirlər. Oktyabr ayında aparılan araşdırmalara əsasən təklif nisbi (0,8%) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7300-ü ötüb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub. Oktyabr ayında da otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalıb, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 və 5 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınaraq 1,1%-ə çatıb. Oktyabr ayında qiymət indeksində 0.2 bənd azalma müşahidə edilib. Orta qiymət 0,1% azalaraq ötən ay qeydə alınan 966 $/kv.m-dən 965 $/kv.m-ə enib. Ay ərzində heç bir rayonda qiymət artımı baş verməmişdir. Ən çox qiymət azalması isə Suraxanı rayonunda (1,1%) qeydə alınıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (965 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,3%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.78, hər otağın orta satış qiyməti 43530 ABŞ dolları, mənzilin orta qiyməti isə 111038 ABŞ dolları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB