Bakının yeni asma yerüstü keçidi - FOTOSESSİYA

Bakının yeni asma yerüstü keçidi - FOTOSESSİYA
Paytaxtın Heydər Əliyev prospektində - "Şəfa" stadionu yaxınlığında yerüstü piyada keçidinin tikintisinə artıq start verilib. Yeni keçid pilon dayaqlar üzərində qurulmuş 3 körpüdən ibarət olacaqdır. SİA-ya tikintinin türkiyəli iş icraçısı Fətullah Çiçək açıqlamasında deyib ki, yeni tikilməkdə olan keçid bu günə kimi inşa edilən yerüstü keçidlərdən fərqlənəcək. Belə ki, asma konstruksiyalar üzərində qurulacaq kecidin analoqu olmayacaq.

"Bu kecid digərlərində asma olması ilə fərqlənir. Körpülərdən birinin uzunluğu 74, digərləri isə ayrı-ayrılıqda 34 metr təşkil edəcək. Keçidin eni 5,5, hündürlüyü isə 6 metr olacaq, asma örtük isə 24 metr hündürlüyündə pilon dayaqlardan asılacaqdır. Dörd istiqamətə giriş-çıxışı olacaq keçiddə həm pilləkən, həm də eskalator quraşdırılacaq ki, sakinlər də bundan rahatlıqla istifadə edə biləcəklər", - deyə iş icraçısı bildirib.

İş icraçısından onu da öyrəndik ki, hazırda ərazidə kommunikasiya və digər xətlərin yaxın ərazilərə köcürülərək yerində bünövrələrin qazılması işləri aparılır. \"Azəryolservis\" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev isə bildirir ki, sözü gedən yol paytaxtın əsas magistral yolarından biri olduğundan burada maşınlar yüksək sürətlə hərəkət edir. Bu isə yolun bir tərəfindən digər tərəfinə keçmək istəyən sakinlərin həyatı üçün təhlükə yaradır. Keçidin inşası isə bu yolda mövcud olan problemləri aradan qaldırmağa hesablanıb. Ərazidə cəkiliş apardığımız müddətdə də təhlükəni göz önünə alıb yolu küçən sakinlərin olduğunu bizdə müşahidə etdik. Kimisi yolu qaçaraq keçir kimisidə dəqiqələrlə yol kənarında dayanıb maşınların azalmasını gözləyirdi.

Evinin bu əraziyə yaxın yerləşdiyini deyən Elmira Həsənova deyir ki: "Bu ərazidə yeni piyada keçidinin tikintisinə daha əvvəllər başlanmalı idi. bəlkədə bir qədər gecikiblər.Cünki bu yollar atrıq necə canlar alıb. Bir neçə dəfə yüksək sürətlə idarə olunan maşının burada insanları vurub keçdiyinin özüm şahidi olmuşam".

Hər gün nəvələrini yaxınlıqda yerləşən idman mərkəzinə gətirən Həsən Məmmədovda yolu keçərkən qarşılaşdığı maneələrdən ürək ağrısı ilə danışdı: "Həftənin üç günü bu yolu kecməli oluram. Bilmirəm uşaqlara nəzarət edəm ya maşınlara. Bu yolda piyada keçidi bir neçə yerdə mütləq olmalıdı cünki əsas yoldu və yaşayış məntəqələri yola yaxında yerləşir".

Qeyd edək ki, yeni yerüstü asma keçidin tikintisinin gələn il may ayına kimi başa catacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə