Azərbaycanda istehlak qiymətləri 0,48 faiz artıb

Azərbaycanda istehlak qiymətləri 0,48 faiz artıb

İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda qiymətlərin statistik müşahidələrin nəticələrini açıqlayıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,48 faiz artıb.

Bu zaman ərzaq məhsulları 0,52 faiz, qeyri-ərzaq məhsulları 0,61 faiz, xidmətlər isə 0,22 faiz bahalaşıb. Sentyabr ayına nisbətdə oktyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,84 faiz, regionlarda 0,12 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 0,98 faiz, regionlarda 0,06 faiz, müvafiq olaraq qeyri-ərzaq məhsulları 0,92 və 0,30 faiz, xidmətlər isə 0,38 və 0,07 faiz bahalaşıb. Oktyabr ayı ərzində ən badımcan (19,66 faiz), toyuq yumurtası (15,93 faiz), təbii bal (7,93 faiz), 3-6 yaşlı uşaqlar üçün cins şalvar (10,06 faiz), sement (6,25 faiz) bahalaşıb. Mövsümi amillərlə bağlı oktyabrda alma(14,78 faiz), baş soğan (11,11 faiz), şirin bibər (5,58 faiz) və sair ucuzlaşıb.


Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 14,42 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,51 faiz, regionlarda isə 10,40 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında(23,48 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 4,43 faiz, xidmətlərdə isə 4,75 faiz təşkil edib.


2011-ci ilin 10 ayında ölkədə istehlak qiymətləri 9,05 faiz, o cümlədən ərzaq məhsulları 13,85 faiz, qeyri-ərzaq məhsulları 3,16 faiz, xidmətlər isə 4,30 faiz yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə