İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nərimənov rayonunda
- M.Əhmədzadə küçəsi, ev 13 ünvanında yerləşən \"İstanbul market\"də; - Ə.Əliyev küçəsi, ev 13 ünvanında Müzəffər Həsənova məxsus mağazada; - 20 Yanvar küçəsi, ev 1, mənzil 1106 ünvanında \"Karona Ltd\" MMC-yə məxsus mağazada;
Nəsimi rayonunda
- 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 40 ünvanında yerləşən \"Xəzər marker\"də; - 3-cü mikrorayon, A.Mustafayev küçəsində Tahirə Rzayevaya və \"Cəsarət\" firmasına məxsus mağazalarda;
Səbail rayonunda
- Z.Əliyeva küçəsi, ev 24 ünvanında Əliyəddin Mirzəyevə məxsus mağazada;
Bərdə rayonunda
- Ü.Hacıbəyov küçəsində Aqil Qələndərova və Şəmsi Yusifliyə məxsus mağazalarda;
Samux rayonunda
-Çobanabdallı kəndində Məlakə Tağıyevaya məxsus mağazada;
Şəmkir şəhərində
- 20 Yanvar küçəsində Misrayil Məmmədova məxsus mağazada; ümumi çəkisi 160 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Nazirliyindən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB