Rövnəq Abdullayev: “Respublikanın qaz təchizatında problem yoxdur”

Rövnəq Abdullayev: “Respublikanın qaz təchizatında problem yoxdur”

\"Hazırda respublikanın qaz təchizatında problem yoxdur\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, qış ərəfəsində qaz anbarlarına rekord həcmdə - 3,3 mlrd kubmetr qaz vurulub: "Azərbaycan Dövlət Neft Şirkəti qaz ehtiyatı baxımından yeni qış mövsümünə tam hazırdır . Ayrı-ayrı bölgələrdə qaz problemi ilə bağlı məsələlərə gəldikdə isə bunlar texniki məsələrlə əlaqəlidir və belə problemlər dərhal aradan qaldırılır".

ARDNŞ-ın Azərbaycanın qazlaşdırılması ilə bağlı işlərinin davam etdiyini deyən R.Abdullayev bildirib ki, bütün bu işlər 2013-cü ildə başa çatacaq: "Qazlaşdırma işləri çərçivəsində Bakının 100 faiz, regionların isə mümkün olan həddədək qazlaşdırılması nəzərdə tutulub. Qazlaşdırmanın səviyyəsi rayonlardakı şəraitdən asılı olacaq. Belə ki, Lerik və Yardımlı rayonlarının cəmi 35-40 faizi qazlaşdırılacaq. Çünki həmin rayonların dağ kəndlərinə qaz çəkilişi iqtisadi cəhətdən səmərəli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə