Neft yenidən bahalaşıb

Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 1,26 dollar bahalaşaraq 95,52 dollara çatıb. SİA-nın xəbərinə görə, Londondakı "ICE" birjasında isə Brent markalı neft 2,59 dollar qalxaraq 114,56 dollar təşkil edib. Neftin bahalaşmasına səbəb isə Yunanıstanın Avropa Birliyinin kredit proqramını yerinə yetirməyə hazır olduğunu bəyan etməsi fonunda artması olub.


Bütün xəbərlər Facebook səhifəmizdə