Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 7,3 faiz artıb

Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 7,3 faiz artıb

Cari ilin 9 ayında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 148 xarici dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əmtəə mübadiləsinin 4,3 milyard dolları MDB dövlətləri, 22,3 milyard dolları isə digər ölkələrlə həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 7,3 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 27,5 faiz, digər dövlətlər üzrə isə 4,7 faiz çox olub. Xarici ticarət dövriyyəsinin 19,7 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 6,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 12,8 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82,2 faizi) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, İndoneziya, Almaniya, Malayziya, Koreya Respublikası, Belarus, İsrail, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə