Sabah Ucar və Ləkidə qaz olmayacaq

Ucar və Ləkinin qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ucar rayonundakı qaz kəmərlərində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah, 1 noyabr tarixində saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar şəhərinə və Ləki kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə