“Petkim” neft-kimya holdinqi 2011-ci ilin 9 ayının nəticələrini açıqlayıb
ARDNŞ-nin idarəçiliyində fəaliyyət göstərən Türkiyədəki "Petkim" neft-kimya holdinqi 2011-ci ilin 9 ayının fəaliyyət nəticələrini açıqlayıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə holdinqin təmiz gəliri 51% artaraq, 143 milyon türk lirəsi (81,7 milyon dollar) təşkil edib. Satış həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq, 1,303 min tona çatıb. 2011-ci ilin 9 ayı ərzində şirkətin ixrac etdiyi məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 73% artaraq, 634 milyon dollar təkil etmişdir. Ötən 9 ayda şirkət istehsal güclərinin artırılması, texniki xidmət və istehsal səmərəliliyinin yüksəldilməsi məqsədilə 63 milyon dollarlıq sərmayə proqramları həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB