SOCAR Rumıniyada 11 benzindoldurma məntəqəsi açdı

SOCAR Rumıniyada 11 benzindoldurma məntəqəsi açdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada 11 benzindoldurma məntəqəsi istifadəyə verib. SİA-nın "1news.com.tr" saytına istinadən verdiyi məlumata görə, açılış mərasimində Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib. Qeyd edək ki, Avropa standartlarına cavab verən benzindoldurma məntəqələri Rumıniyanın strateji əhəmiyyət daşıyan Moldova və Ukrayna ilə qonşu olan Botoşani, Suceava, İaşi və Neamt vilayətlərində də var.

Bütün xəbərlər Facebook səhifəmizdə