Saxlama müddəti ötmüş 320 kq ərzaq malları satışdan çıxarıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Binəqədi rayonunda
- Sulutəpə qəsəbəsində yerləşən \"Nur market\"də, \"Çiçək market\"də və Yasəmən Şükürovaya məxsus mağazada; - Xocəsən yolu, Allahverdiyev küçəsi, ev 4 ünvanındakı \"Əli market\"də;
Yasamal rayonunda
- Ş.Qurbanov küçəsi, ev 19 ünvanında yerləşən \"Life market\"də; - Şərifzadə küçəsində Məmməd Cəlilova və Rövşən Rəhimova məxsus mağazalarda; - H.Zərdabi prospekti, ev 68 V ünvanında yerləşən \"Fidan market\"də;
Gəncə şəhərində
- M.A.Abbaszadə küçəsi, 65 ünvanında Sərdar Əsgərova məxsus mağazada; - Təbriz küçəsində Hafiz Əmiraslanova məxsus yeməkxanada;
Mingəçevir şəhərində
- A.Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən \"İdeal market\"də; - N.Vəzirov küçəsində yerləşən \"Sahibkar\" mağazasında;
Oğuz şəhərində:
- Cavanşir küçəsində yerləşən Seymur Şəkərəliyevə məxsus mağazada; ümumi çəkisi 320 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB