Sahibkarlıqla məşqul olan qadınlar niyə dövlət ödəmələrindən yayınırlar?

Sahibkarlıqla məşqul olan qadınlar niyə dövlət ödəmələrindən yayınırlar?

Aparılan aradşırmaların nəticələrinə görə, Qərb bölgəsində sahibkarlıqla məşğul olan təxminən mindən artıq qadın var. Onların çoxu qeyri-leqal işləməkdədir. Bu da nəticə etibarı ilə qanunda nəzərdə tutulan ödəmələrin vaxtında aparılmadığını sübut edir. Məsələyə münasibət bildirən Respubliksa Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva SİA-nın bölgə müxbirinə bildirib ki, iş adamı kimi fəaliyyətə başlayan qadınların qeyri-formal fəaliyyət göstərməsi onların məlumatsızlığından irəli gəlir. Aparılan sorğuların nəticələri göstərir ki, qadınlar dövlətə olan borclarını və digər qanunda nəzərdə tutulan vergiləri məhz məlumatsızlıqdan ödəmirlər. Bundan əlavə mövcud vəziyyət onların gələcək fəaliyyətləri üçün də təhlükəlidir. Çünki, indiki halda dövlətin ayırmalarından və güzəştlərindən istifadə etmədən daimi iş qurmaq mümkün deyil.

Artıq sözügedən məsələ ilə balı qabaqlayıcı addımların atılmasına başlanılıb. Xüsusən dağlıq ərazilərdə və ucqar kəndlərdə yaşayan qadın sahibkarlar üçün maarifləndirici tədbirlər həyat keçirilir. Ayrıca bu tip tədbirlərə gələcəkdə digər qurumların rəsmilərinin də dəvət olunması nəzərdə tutulur.

Bildirək ki, qərb bölgəsində qadın sahibkarlar əsasən xidmət sahələri, maldarlıq və digər sferalarda fəaliyyət göstərirlər.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə