SOCAR Xəzərin Azərbaycan sektorunda yeni platfoma quraşdırıb
Bu günlərdə "Darvin bankası" yatağında 670 nömrəli yeni platforma quraşdırılıb. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunmuş platformanın podratçısı "Neftqaztikinti" Trestidir.
Dənizin 20 metr dərinliyində layihə yerinə bərkidilmiş 12 quyuluq platforma yaşayış bloku, qazma avadanlığı, quyuların mənimsənilməsi üçün texnoloji qurğular və digər zəruri avadanlıqlarla təchiz olunub. Yaxın günlərdə platformadan ilk quyunun qazılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB