Siyavuş Novruzov: “Gəncə və Naxçıvanda istehsal olunan avtomobillərə tələbat var” - AÇIQLAMA
"Bəzi güclü dövlətlərdə iqtisadi böhran olmasına baxmayaraq Azərbaycanını sənaye müəssisələri inkişaf edir". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, Azərbaycanın sənaye müəssisələrinə tələbat artmaqdadır.
"Ölkəmiz bir çox iri sənaye dövlətlərini arxada qoyub. Bu gün respublikamızın başda hərbi məhsullar olmaqla digər sənaye məhsullarına tələbat artıb. Bu da aparılan düzgün strategiyanın nəticəsidir. Çox şadam ki, indi Gəncə və Naxçıvanda istehsal olunan avtomobillərə tələbat var və xarici dövlətlər tərəfindən sifarişlər verilir" - S.Novruzov deyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB